Fransalı diplomat ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi vəzifəsinə təyin olunub
Fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi vəzifəsinə təyin olunub.
ATƏT-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, diplomat vəzifəsini martın 1-dən icra etməyə başlayacaq.
A.Şahtaxtinski təyinatı ilə bağlı açıqlamasında bildirib: "Qarşılıqlı hörmət və etimad əsasında Azərbaycan hökuməti ilə inamlı işgüzar əlaqələrin qurulmasına səbirsizlənirəm".
Diplomat bildirib ki, yeni mandata uyğun olaraq Azərbaycanın hökumət və qeyri-hökumət qurumları, yerli hakimiyyət orqanları, universitetlər, elmi tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələri təmin edəcək: "ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək komandamın üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı üzrə layihələrin icrası üçün təşkilatın prinsip və öhdəliklərini təşviq edəcəyik".
Qeyd edək ki, ATƏT-in Bakı ofisi layihələrin əlaqələndiricisi statusunu alıb. Yeni mandat 2014-cü il yanvarın 1-dən qüvvəyə minib.
Bu mandat çərçivəsində sözügedən ofis Azərbaycanda layihələri icra etməyə davam edəcək. Ofisin rəhbəri isə layihələrin əlaqələndiricisi olacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR