ATƏT Ukraynada itkin düşmüş müşahidəçilərlə əlaqə yaradıb
ATƏT-in Ukraynadakı monitorinq missiyası dünən gecə saatlarında Donetsk və Luqansk vilayətlərində missiyanın itkin düşmüş 8 nümayəndəsi ilə əlaqə yaradıb
Trend-in "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, ATƏT missiyasının nümayəndəsi bildirib ki, müşahidəçilərin hamısı sağ-salamatdır: "O da müəyyən edilib ki, müşahidəçilər əsir götürülüb".
Missiya nümayəndəsi qeyd edib: "Biz müşahidəçilərimizin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik. ATƏT-in missiya nümayəndələrinin əsir götürülməsi mənasızdır, çünki onlar tərəflərin heç birinin maraqlarına xidmət etmir".
Qeyd edək ki, ATƏT-in müşahidəçiləri ilə əlaqə mayın 26-da kəsilmişdi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR