» » Ərdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 aprel 2014
//
Bölmə: Siyasət
Ərdoğan Bakıya gəlir


Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

AzVision.az-ın məlumatına görə, baş nazirin Azərbaycana səfəri aprelin 4-də baş tutacaq.

Səfər çərçivəsində Ərdoğanın prezident İlham Əliyevlə görüşü planlaşdırılır.

Qeyd edək ki, R.T.Ərdoğan sonuncu dəfə Azərbaycana 2012-ci ilin sentyabr ayında Bakıda keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası nda iştirak etmək üçün gəlmişdi.



QafqazPRESS.az