» » İspaniyanın xarici işlər naziri Bakıya gəlir

İspaniyanın xarici işlər naziri Bakıya gəlir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 aprel 2014
//
Bölmə: Siyasət
İspaniyanın xarici işlər naziri Bakıya gəlir


İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo aprelin 23-24-də ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edəcək.

Səfərin məqsədi İspaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair danışıqlar aparmaqdır.

İspaniya Nazirlər Kabinetinin rəsmi məlumatında bildirilir ki, nazir Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Səfər çərçivəsində biznes-forumun təşkili və dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması nəzərdə tutulur. Bundan başqa, İspaniyanın Azərbaycanda akkreditə olunmuş rəsmi nümayəndəsi də Azərbaycan hökumətinə təqdim ediləcək.





QafqazPRESS.az
banner125x125 banner125x125