» » “On beş milyardlıq hədəfimiz var” - Ərdoğan

“On beş milyardlıq hədəfimiz var” - Ərdoğan

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 sentyabr 2014
//
Bölmə: Siyasət / Təhsil
“On beş milyardlıq hədəfimiz var” - Ərdoğan



Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı İlham Əliyevlə birgə mətbuat konfransı baş tutub.


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın prezident Əliyevlə müzakirə etdiyi əsas məsələlərdən biri də Dağlıq Qarabağ mövzusu olub:

Bu mövzu yenə də gündəmin ən önəmli maddəsi kimi müzakirə edilib. Bundan sonra atacağımız addımları müzakirə etdik. Təbii ki, digər önəmli mövzu enerji məsələsi idi. Türkiyə üzərinən Avropaya gedəcək TANAP enerji xətti xüsusən böyük önəm daşıyır. Bu Azərbaycanın enerji sektorunda gücünü ortaya qoymaqla yanaşı, barış baxımından da önəmli yatırımdır. Bu dayanışmanın son nəticəsi kimi bu ayın 20-si təməlqoyma mərasimi baş tutacaq. Türkiyə və Azərbaycan tərəfindən bu istiqamətdə bütün işlər başa çatıb.

Ticarətdə atacağımız addımlar, bəlli hədəflərimiz var. 15 milyardlıq hədəfimiz var və tərəddüd müzakirə mövzusu ola bilməz. Buradan sonra NATO zirvəsində iştirak edəcəm. Azərbaycana verilən vədlər var və NATO zirvəsində həmin sözləri gündəmə gətirərək tezliklə onlara əməl edilməsini istəyəcəm”.





QafqazPRESS.az
banner125x125 banner125x125