» » Kambocanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Kambocanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 21 aprel 2014
//
Bölmə: Siyasət
Kambocanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib



AzərTAc xəbər verir ki, Kamboca Krallığının baş naziri Hun Sen aprelin 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Kambocanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kambocanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Kamboca Krallığının baş naziri Hun Seni Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.



QafqazPRESS.az
banner125x125 banner125x125