Əli Əliyev prezidentə müraciət etdi
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, Ə.Əliyevin müraciəti son günlər mətbuat və sosial şəbəkələrdə məmur övladları ilə bağlı yer alan məlumatlarla bağlıdır.
“Korrupsiyaya qarşı bəyan etdiyiniz mübarizənin effektivliyini artırmanın yolu qazanılmış vəsaitlərin rəsmiləşdirilməsi (maliyyə amnistiyası), onlara dövlət təminatının tanınması, gəlir və xərclər barədə deklorasiyaların tətbiqi kimi addımların atılmasını uyğun görürəm. Hesab edirəm ki, bu istiqamətdə qəbul olunacaq qanunlar ölkə iqtisadiyyatını sağlamlaşdırar, monopoliyalara son qoyar, ölkədən kapital axınının qarşısını alar.
Bizim partiya zənginliyə qarşı deyil, yoxsulluğa qarşı mübarizə aparan siyasi təşkilatdır. Eyni zamanda maddi zənginliyin halal yolla əldə edilməsinin tərəfdarıyıq. Təkliflərimiz tərəfinizdən nəzərə alındığı təqdirdə, necə qazanılmasından asılı olmayaraq vəsait və mülkiyyətin halal elan edilməsi siyasi və sosial baxımdan cəmiyyətdə dayanıqlığa gətirər”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR