Ziyalıya verilən dəyər
Bilirik ki, ziyalıya diqqət ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin başlıca məqsədlərindən biri idi və çox sevindiricidir ki, bu ənənə bu gün də bəzi vəzifəli şəxslər tərəfindən uğurla davam etdirilir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərovun kadr siyasətində də bu vacib proses özünü inamlı şəkildə əks etdirir. Səmimi etiraf edək ki, cənab Xaləddin İsgəndərovun Binəqədi rayonu üçün gördüyü işlər sözün əsl mənasında dövlətçilik işinə xidmət edir. Onun ziyalıya olan diqqəti də bu prosesin bir təzahürüdür. Əbəs yerə deyil ki, ölkə prezidenti İlham Əliyev cənabları Binəqədi rayonuna başçılıq missiyasını məhz Xaləddin müəllimə etibar edib.
Ölkənin ziyalı insanlarına diqqət günün əsas reallığıdır. Bu mənada cənab Xaləddin İsgəndərovun şair-publisist, gözəl xanım, qəlbi təmiz insan, «Azərbaycan uğrunda» qəzetinin baş redaktoru, «Qafqazpress.az» İnformasiya Agentliyinin rəhbəri Xatirə (Əziz )i Rəhimlini ad günü münasibətilə təbrik etməsi bu reallığa bir nümunədir.
Bu ehtirama görə Xatirə Əzizin ailəsi və Xatirəsevərlər adından bu etibarlı insanlara təşəkkürümüzü bildirir, dövlətçilik işində onlara uğurlar arzulayırıq.
P.S. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərovun rəhbərliyi altında 27 may 2014-cü il tarixdə 28 May - Respublika günü münasibətilə möhtəşəm musiqili-ədəbi tədbir keçirildi. Tədbirdə respublikanın tanınmış incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri maraqlı çıxışlar etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini və digər ziyalılar müstəqil Cümhuriyyət prosesi ilə bağlı fikirlər səsləndirdilər.
Hər kəsə xüsusi zövq verən bu möhtəşəm tədbir Əməkdar artist Azərinin «Çırpınırdı Qara dəniz» mahnısının sədaları altında öz işinə yekun vurdu.
«Qafqazpress.az» İnformasiya Agentliyi
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR