» » Prezident bütün səfirləri Bakıya çağırdı

Prezident bütün səfirləri Bakıya çağırdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyul 2014
//
Bölmə: Siyasət
Prezident bütün səfirləri Bakıya çağırdı



Yaxın günlərdə prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçiriləcək.


“Qafqazinfo” xəbər verir ki, bu barədə diplomatik mənbələrdən Modern.az saytına məlumat verilib. Məlumata görə, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək.

Qeyd edək ki, Azərbaycan dövlət başçısının ötən illərdə diplomatlarımızla bir neçə dəfə belə görüşləri olub.


QafqazPRESS.az
banner125x125 banner125x125