Prezident qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf ölkəmizin əldə etdiyi uğurlu iqtisadi inkişaf münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Avstriyalı qonaq ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Avstriyaya ötənilki səfərini və orada biznes ictimaiyyəti ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Avstriya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Həmçinin, prezident İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul edib.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR