Məmmədyarov Çinə gedir
Xarici işlər naziri Elmar Məmmədyarov 30 iyun – 2 iyul tarixlərində Çində rəsmi səfərdə olacaq.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti əsasında 30 iyun – 2 iyul tarixlərində Çində rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının xarici işlər naziri Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR