» » DEPUTATLAR TƏTİLƏ YENƏ BURAXILMADI

DEPUTATLAR TƏTİLƏ YENƏ BURAXILMADI

Müəllif: Səma Zərdablı
//
Tarix: 09 iyul 2019
//
Bölmə: Sosial
DEPUTATLAR TƏTİLƏ YENƏ BURAXILMADI


Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

Qafqazpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, gündəliyə 38 mıəsələ daxil idi, bunlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq: “Bunlar “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarına, Mülki Məcəlləyə (hamısı bir paketdir), “Bank olmayan kredit təşkilatları haqqında” qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir”.
Xatırladaq ki, bu iclasdan əvvəl deputatların tətilə çıxacağı açıqlanmışdı.
banner125x125 banner125x125