» » “Gülərin gəlişi ilə çox xoşbəxtəm” – Həyat yoldaşı

“Gülərin gəlişi ilə çox xoşbəxtəm” – Həyat yoldaşı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 may 2014
//
Bölmə: Dünya / Gündəm
“Gülərin gəlişi ilə çox xoşbəxtəm” – Həyat yoldaşı


“Gülər xanımın gəlişinə hamıdan daha çox sevinən oğlumuz Tamerlandır”.

Bunu AzVision.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bildirib. Həyat yoldaşının həbsxanadan azad olunmasına sevinən F.Əhmədov ailəsinin çox xoşbəxt olduğunu deyib:

“Ailəmiz, övladlarım çox xoşbəxtdir ki, Gülər xanım gəlib. Gülər xanımın heç bir günahı yoxdur və biz bu qərarı ilk gündən gözləyirdik. Hamıdan daha çox sevinən isə kiçik oğlumuz Tamerlandır. Evdə indi anasını qucaqlayıb,oturub”.

Qeyd edək ki,dünən Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.



QafqazPRESS.az
banner125x125 banner125x125