» » 70 yaşlı Hacıbala Abutalıbov

70 yaşlı Hacıbala Abutalıbov

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 may 2014
//
Bölmə: Siyasət / Təhsil
70 yaşlı Hacıbala Abutalıbov



Bu gün SSRİ Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, hələ 1987-ci ildə isə Lenin mükafatı laureatı almış Hacıbala Abutalıbovun doğum günüdür. 1944-cü ildə Türkmənistanın Aşqabad şəhərində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib.1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri işləyib.1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

Onun iş metodu 1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilərək "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzalanıb. 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Və bu günə qədər də bu vəzifəni icra edir.

Hacıbala Abutalıbov, Bakı şəhərinin yeni imic alması ilə fərqli layihələrin təşəbbüskarıdır. Ümummilli lider Heydər Əliyevin doğum günün “Gül bayramı “ kimi qeyd edilməsi də onun maraqlı təşəbbüslərindən biridir. Hacıbala Abutalıbov jurnalistlərin də yaddaşında maraqlı deyimləri, ifadələri və jestləri ilə qalan bir şəxsdir. Bu gün isə o, Azərbaycan prezidentinin fərmanı ilə 70 yaşının tamamı günü “Şərəf ordeni” ilə təltif edilib.


QafqazPRESS.az