» » Polisləri döyməkdə ittiham olunan ailədən - Açıqlama

Polisləri döyməkdə ittiham olunan ailədən - Açıqlama

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 may 2016
//
Bölmə: Siyasət
Polisləri döyməkdə ittiham olunan ailədən - Açıqlama








Nərimanov RPİ-nin yüksək vəzifəli şəxslərinin döyülməsi barədə bu gün “Qafqazinfo”da məlumat yayımlanıb.

İlkin informasiyalara görə, Nina İbrahimova, qızı 1991-ci il təvəllüdlü Rəbiyyə və oğlu 1980-cı il təvəllüdlü Anar İdarənin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərman Fərmanovun üzünə, şöbənin baş inspektoru olan kapitan Samir Ağayevin boğazına, Post Partul Xidməti Bölüyünün kiçik serjantı Əvəz Hənifəyevin gözünün altına, 18-ci Polis Bölməsinin sahərə rəisi, mayor Əbsəlim Salıyevin üzünə və sahə inspektoru, kapitan Faiq Süleymanovun gözünə xəsatət yetiriblər.

Hadisədə adı hallanan Nina İbrahimova “Qafqazinfo”ya açıqlamasında polisi ittiham edib. Bildirib ki, onlar polisə yox, polis onlara təzyiq göstərib:

“Coşqun Orucov bizim “moyka”nın yanında qaraj açıb, sonradan qanunsuz olaraq onu “moyka” kimi işlədirdi. Apellyasiya məhkəməsi onun qanunsuz olması ilə bağlı qərar verib. Aprelin 8-də bizim “uçaskovı” Abusəlim evimizə gəlib dedi ki, Nina xanım, səni Fərman Fərmanov (Nərimanov RPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin rəisi) çağırır. Dedi ki, “moyka” məsələsi ilə bağlıdır. Məhkəmənin qərarını götürüb getdim, otağa girən kimi Fərman Fərmanov məni söyüb “sən nə lotuluq edirsən, qoymursan ki, Coşqun “moyka” işlətsin” dedi. Qərarı ona verdim, kağızları üzümə çırpıb Abusəlimə tapşırdı ki, bunun evini nəzarətda saxlayın: "Qızını da, oğlunu da, bunu da atacağam içəri". Aprelin 15-də 82 yaşlı anam rayondan gəlmişdi, oğlum ona görə bizdə idi. Bizim “moyşik” zəng edib dedi ki, polislər gəlib".

Daha sonra şikayətçi iddia edir ki, Samir Ağayevlə Fərman Fərmanov ona “moyka”nın bağlanması ilə bağlı xəbərdarlıq ediblər:

"Onlardan “moyka”nın bağlanması barədə rəsmi qərar tələb etdim. Bu vaxt gördüm polislər qızımla oğlumu evdən itələyərək çıxarıb gətirirlər. Bütün bunlar videoya çəkilib, orada polislər oğlum Anarla qızıma təzyiq göstərir. Biz də “Qorotdel”ə general Mirqafar Seyidova şikayət etmək üçün getdik. Sonra bizi Nərimanov polisinə gətirdilər, heç bir səbəb demədən gecə saat 1-ə işləmişə kimi orada saxlayıblar.

Oğluma deyiblər “yaz ki, mən polisləri dubinka ilə döymüşəm””.

Nina İbrahimova qeyd edir ki, Nərimanov rayon prokuroru Vüqar Əliyevin müdaxiləsindən sonra onun oğlunu buraxıblar: “Allah prokuror Vüqar müəllimin köməyi olsun. Mən çəkdiyimiz videoları diskdə aparıb ona verdim, özü baxdı. Nərimanov polisinin rəisinə zəng edib dedi niyə tutmusuz? Onlar da dedi ki, polisləri döyüb. Vüqar müəllim dedi ki, gir Yutuba bax, gör kim-kimi döyüb. Bundan sonra oğlumun üstündə 221-ci (xuliqanlıq – red.) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə - red.) maddəni götürdülər, özünü də sərbəst buraxdılar. Bunu da Vüqar müəllim etdi. Oğlum neçə gün xəstəxanada yatdı, hələ də sağalmayıb”.

Baş verənlərlə bağlı Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125