Spiker yenə Zahid Oruca əsəbiləşdi
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında növbəti söz atışması yaşanıb.
Buna səbəb millət vəkili Zahid Orucun cari məsələlərin müzakirəsinə təkid etməsi səbəb olub. Spiker isə Z. Oruca bir qədər əsəbi tərzdə cavab verib.
“Sənin sözün olmayan vaxtı olur ki, ay Zahid ?! Elə deyən kimi deyirsən ki, sözüm var”- deyə, spiker qeyd edib.
Z. Oruc da öz növbəsində "millət vəkilinin deməyə sözü yoxdursa, bu daha pisdir" şəklində yerdən spikerə öz etirazını bildirib.
Ancaq iclas cari məsələlərin müzakirəsi olmadan öz işinə başlayıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR