Azərbaycan diasporu Ümumrusiya Millətlər Festivalında iştirak ediblər
Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diasporu ölkəmizin mədəniyyətini, tarixini, adət və ənənələrini çoxmillətli Rusiya cəmiyyətinə təbliğ edir. Təkcə paytaxt Moskvada deyil, Rusiyanın digər regionlarında da Azərbaycan diasporunun ictimai təşkilatları fəallığını nümayiş etdirirlər.
Moskva vilayətinin Dmitrov şəhərində fəaliyyət göstərən Azərbaycan İctimai Birliyi şəhərin həm sosial, həm iqtisadi, həm də siyasi arenasında fəal rol oynayır. Belə ki, şəhərdə təşkil olunan Ümumrusiya Millətlər Festivalında Dmitrov rayonunda fəaliyyət göstərən Azərbaycan diasporunun yüksək səviyyədə iştirakı diqqət çəkib.
Dmitrov rayonunda yaşayan xalıqların festivalında təmsil olunan millətlər adət-ənənələrini, milli rəqs və mətbəxini nümayiş etdiriblər. Ancaq gözə çarpan, yadda qalan və ən böyük diqqətə layiq məhz Azərbaycan diasporunun təşkil etdiyi bayram şənliyi olub.
Azərbaycan musiqisi, rəqsləri publikaya xoş təəssürat bağışlayıb, rusların və digər yerli millətlərin könlünə oxşayıb. Aəzrbaycan mətbəxinə isə hər kəs qonaq olub.
Festivalda Azərbaycan tarixindən, mədəniyyətindən, dahi şəxslərindən ətraflı məlumatları özündə əks etdirən Rusiya Federasiyasında çap olunan qəzet, jurnal və kitablar qonaqlara paylanılıb.
Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi Rövşən Rəhimov, professor Abuzər Bağırov qonaqlara Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərindən danışıb, iki ölkə arasında qardaşlıq əlaqələrə diqqət yetiriblər.
Yazıçı Gülsüm Gülverdiyeva azərbaycanlıların Dmitrov rayonundakı roluna və Rusiya cəmiyyətinə inteqrasiyasına, diasporumuzun bu rayonda nümunəviliyini qoruyub saxlamağına görə diaspor təşkilatının sədrinə minnətdarlığını bildirib.
Dmitrov rayonunda Azərbaycan dispor sədri Seyran Hüseynov yaradılan imkana görə şəhər rəhbərliyinə, iştiraka görə isə qonaqlara təşəkkür edib: “Azərbaycan disporu Dmitrov rayonunda həmişə birincidir. Bütün sosial və siyasi proqramlarda iştirak edirik. Hər il rayonda onlarala azərbaycanlı ali təhsil ocaqlarına qəbul olunur. Biz 200-ə yaxın qaçqına yardım göstərdik. Bir sözlə, azərbaycanlılar Dmitrov rayonunun tamhüquqlu sakinləridir.”
Şəhər rəhbərliyinin nümayəndəsi Aleksandr Fatixov Azərbaycan disporunun rolunun rayon üçün əvəzolunmazlığını, Azərbaycan disporunun həmişə öndə olduğunu və sosial layihələrdə iştirak etdiyini söyləyib.
Ümumrusiya Millətlər Festivalına Dmitrovda yaşayan bütün xalqların iştirakına baxmayaraq, ermənilər qatılmayıblar.
S.Hüseynov bunun səbəbini belə izah edib: "Onlar Azərbaycan disporunun qaqarşısında acizdirlər. Ermənilər gəlib bizim guşəmizi gördükdən sonra festivalda iştirakdan imtina etdilər. Yəqin ki, bizim yanımızda aciz görünməkdən qorxdular.”
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR