Nazir həqiqi üzv oldu

Müdafiə sənayesi naziri Yavər Camalov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) ümumi yığıncağı keçirilib. Tədbirdə BMA-nın 11 ölkədən 657 üzvü iştirak edib.
Yığıncaqda BMA-nın 2013-il üzrə işinin yekunlarına dair geniş müzakirələr aparılıb.
Sonra Beynəlxalq Mühəndislik Akademiyasının yeni həqiqi və müxbir üzvləri müəyyənləşdirilib.
Müdafiə Sənayesi Nazirliyindən nazir Yavər Camalov akademiyanın həqiqi üzvü və Optika-Mexanika İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov müxbir üzvü seçilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR