» » Azərbaycan ilə İran beynəlxalq avtomobil əlaqələrini müzakirə etdilər

Azərbaycan ilə İran beynəlxalq avtomobil əlaqələrini müzakirə etdilər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 fevral 2014
//
Bölmə: Sosial
Azərbaycan ilə İran beynəlxalq avtomobil əlaqələrini müzakirə etdilər


Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, müzakirələr zamanı iki ölkə arasında beynəlxalq avtomobil daşımalarına dair sazişin müddəalarına riayət olunmasının mövcud vəziyyəti, beynəlxalq sərnişin və yük daşımalarındakı problemlərin araşdırılması və həlli, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, "Azəryolservis" ASC-nin əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri, eləcə də İranın beynəlxaq nəqliyyat birlikləri və sərnişindaşıma şirkətlərinin təmsilçiləri iştirak ediblər.

İclasın sonunda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın protokolunun imzalanması nəzərdə tutulub.



QafqazPRESS.az
banner125x125 banner125x125