Azərbaycan alimi İsveç Krallıq Akademiyasının üzvü seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin antropologiya, etnoqrafiya və etnologiya elmləri üzrə doktorantı, çoxsaylı elmi əsərlərin müəllifi Elnur Həsənov İsveç Krallığının Beynəlxalq Nəzəri və Tətbiqi Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Modern.az xəbər verir ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvü olan E. Həsənov dünyanın nüfuzlu impakt-faktorlu elmi nəşrlərində - ABŞ, Kanada, İsveç, İsveçrə, Meksika, Almaniya, İtaliya və digər ölkələrdə alman, ingilis, italyan və s. dillərdə çap olunmuş elmi monoqrafiya və əsərlərinin mövcudluğuna görə bu mötəbər ada layiq görülüb.
Eyni zamanda, gənc tədqiqatçı Avropa Təbiət Tarixi Akademiyası, Almaniya Təbiətşünaslıq Nəşriyyatı və Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə Xorvatiya və Çernoqoriyada keçiriləcək beynəlxalq elmi konfranslarda iştirak etmək hüququ qazanıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR