» » Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə dair yeni “yol xəritəsi” hazırlanır

Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə dair yeni “yol xəritəsi” hazırlanır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyun 2014
//
Bölmə: Siyasət
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə dair yeni “yol xəritəsi” hazırlanır


Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinə dair yeni "yol xəritəsi" hazırlanır. Bu barədə Trend-ə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov məlumat verib.

N.Qurbanov bildirib ki, diaspor təşkilatlarının fəaliyyətində korrektələrə ehtiyac var. Ona görə də diaspor təşkilatlarının fəaliyyətinə dair "yol xəritəsi" hazırlanır: "Diaspor təşkilatlarının bir nömrəli fəaliyyət istiqamətləri bəllidir. Bu fəaliyyət istiqamətlərimizin ana xətti 2008-ci ildə qəbul edilən Dünya Azərbaycanlılarının Xartiyasında əksini tapıb.

Bu istiqamətlər əsasında diaspor təşkilatları fəaliyyətlərini qurur. "Yol xəritəsi"ndə diaspor təşkilatlarının 2015-ci ildəki fəaliyyəti əksini tapacaq. Bildiyiniz kimi, 2015-ci ildə iki böyük tədbir var. Bunlardan biri I Avropa Oyunları, ikincisi isə qondarma "erməni soyqırımı"na qarşı tədbirlər".
N.Qurbanov deyib ki, I Avropa Oyunlarında Azərbaycanın təbliğatı üçün diaspor təşkilatlarının gücündən istifadə ediləcək: "Eyni zamanda, qondarma "erməni soyqırımı" ilə bağlı diaspor təşkilatlarının əks tədbirləri nəzərdə tutulur".



QafqazPRESS.az
banner125x125 banner125x125