Zakir Həsənov Serbiyaya gedəcək
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyaya səfər edəcək
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 17-də başlayacaq və iki gün davam edəcək səfər Serbiyanın müdafiə naziri cənab Neboyşa Rodiçin dəvəti ilədir.
Səfər çərçivəsində Serbiyanın rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş"in imzalanması nəzərdə tutulub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR