» » MTN əməliyyat keçirdi – 20 vəhhabi tutuldu

MTN əməliyyat keçirdi – 20 vəhhabi tutuldu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 iyun 2014
//
Bölmə: Siyasət
MTN əməliyyat keçirdi – 20 vəhhabi tutuldu


Bu dəqiqələrdə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu Badamdar qəsəbəsində əməliyyat keçirir.


“Qafqazinfo” xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. İlkin xəbərə əsasən əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb.

Xatırladaq ki, bu gün Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan məsciddə əməliyyat keçirdiyinə dair də xəbərlər yayılıb.

***

“Qafqazinfo” xəbər verir ki, məscidin axundu Faiq Mustafa Hafta.az-a açıqlamasında hazırkı vəziyyət haqda məlumat verib:

“Məsciddə əməliyyat keçirir, dindarlar üçün problem yaradırlar. Polislərə göstəriş verilib ki, camaat çöldə namaz qılmasın. Mən də bununla razıyam. Amma mənim camaatım üçün yer olsun ki, küçədə namaz qılmasınlar. İş ondadır ki, şərait yoxdur. Səhər saat 10-dan “kardon” qoyub məscidə girişi bağlayırlar. Tən yarısı tək olan məsciddə cümə namazı qılmağa məcbur qalmışıq. Məscid yarısına kimi boşdur, amma yenə də içəriyə adam buraxmırlar”.

İcma sədri iddia edir ki, ərazidəki polis əməkdaşları yuxarı instansiyalardan verilən əmri düzgün yerinə yetirmir: “Bunlara tapşırılan kimi davranmırlar. Polislərə deyilib ki, məscid dolandan sonra giriş qadağan edilsin. Mən də deyirəm ki, yoldaş rəis, məscid dolanda bağlayarsız. Amma səhər tezdən gəlib “kardon”u qoyurlar, heç kimi məscidə buraxmırlar. Məscidin içində isə heç bir əməliyyat aparılmır. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları yoxdur. Bir nəfər nəzarətçi var, arada gəlib vəziyyəti soruşub gedir, işlərə qarışmır. Daxili İşlər Nazirliyinin əməkdaşları ərazidədir”.

F.Mustafa məsələ ilə bağlı müvafiq dövlət strukturlarına müraciət etdiklərini deyib: “Seçim bir dənəndir: insanlar ya Allahın yolunu getməli, ya da pis yola düşüb, axmaq-axmaq işlərlə məşğul olmalıdırlar. Camaat Allahın yolunu seçir. Ona da süni problemlər var. Qarşıdan Ramazan ayı gəlir. Bu davam etsə, biz orucluğu keçirə bilməyəcəyik. Bunu həll etmək lazımdır. Dini Komitəyə də müraciət etmişik”.



QafqazPRESS.az
banner125x125 banner125x125