» » Rus ordusu Ukraynadan geri çəkilir

Rus ordusu Ukraynadan geri çəkilir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 aprel 2014
//
Bölmə: Siyasət
Rus ordusu Ukraynadan geri çəkilir


Rusiyanın müdafiə naziri belə deyib.

Rusiyanın müdafiə naziri Serqey Şoyqu rus qoşunlarının Ukrayna sərhədindən geri çağırıldığını bildirb. Bu barədə o, ABŞ-ın müdafiə naziri Çak Heyqellə danışıqlar zamanı açıqlama verib

“S. Şoyqunun sözlərinə görə, Ukraynada dinc əhaliyə qarşı güc tətbiq olunması ehtimalı rəsmi Moskvanı Ukrayna sərhədindəki Rusiya ərazilərində hərbi təlimlər keçirməyə məcbur etdi. Rusiya bu qərarını açıq-aşkar bəyan etdi. Lakin Ukrayna hökuməti dinc əhaliyə qarşı hərbi qüvvəsindən istifadə etmək niyyətində olmadığını bəyan edən kimi, rus qoşunları da əvvəlki mövqelərinə geri çəkildi” – deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.


QafqazPRESS.az
banner125x125 banner125x125