» » Ermənilər Tovuzla həmsərhəd kəndlərdə divar hörürlər

Ermənilər Tovuzla həmsərhəd kəndlərdə divar hörürlər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 iyul 2014
//
Bölmə: Siyasət / Təhsil
Ermənilər Tovuzla həmsərhəd kəndlərdə divar hörürlər


Ermənistan rəhbərliyi Tovuz rayonunun Əlibəyli kəndi ilə həmsərhəd yerləşən Movses və Verin Karmirahpyur kəndləri boyunca müdafiə divarı hörürlər. Modern.az sayttı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu addım kənd sakinlərini azərbaycanlı snayperlərin atəşindən qorumaq məqsədi ilə edilir. Artıq hörülən divarın bəzi şəkilləri sosial şəbəkələrdə yayılıb. Müdafiə divarının özülünün bir neçə gün öncə Ermənistan baş naziri Ovik Abramyanın bu kəndlərə səfərindən sonra atıldığı da vurğulanır.

Qeyd edək ki, artıq bir həftədən çoxdur ki, Tovuz rayonu istiqamətində atəşkəs rejimi intensiv şəkildə pozulur. Atəşkəsin əsas pozucusu olan Ermənistan hərbi birləşmələri ucbatından Azərbaycan tərəfindəki Əlibəyli və Hacallı kəndləri mütəmadi olaraq, atəşə məruz qalır. Daim gərgin vəziyyətlə üzləşən sözügedən yaşayış məntəqələrinin əhalisi şəxsi mülkiyyətinə xeyli ziyan dəyib, bir neçə insanın da yaralanması faktı qeydə alınıb.


QafqazPRESS.az
banner125x125 banner125x125