» » 50-dən çox ev atəşə tutuldu

50-dən çox ev atəşə tutuldu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 iyun 2014
//
Bölmə: Siyasət
50-dən çox ev atəşə tutuldu



Erməni hərbi birləşmələri Tovuz rayonun Əlibəyli kəndində 50-dən yuxarı evi atəşə tutublar. Əlibəyli İcra Nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, kənddəki evlərə ciddi ziyan dəyib.

Ermənilərin atdığı güllələr kənd sakinlərinin evlərinin divarlarını, qapılarını, damları deşib. Hazırda kəndə dəyən ziyan müəyyənləşdirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında ermənilər Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutublar.

Ermənilərin açdığı atəş nəticəsində biri azyaşlı uşaq olmaqla, 3 nəfər yaralanıb.

Yaralılardan 45 yaşlı, 3 uşaq anası Ənayət Totan qızı Əliyeva yaşadığı evin qapısı ağzında güllələnib.

Digər kənd sakini, 72 yaşlı Qaraqız Qara qızı Nağıyeva yaralanıb. Ermənilərin atdığı güllə onun nəvəsi, 5 yaşlı Nurcan Osman qızı Nağıyeva ayağından dəyib.

Qeyd edək ki, atışma axşam saatlarına kimi davam edib.



QafqazPRESS.az