» » Azərbaycan Əfqanıstanla təhlükəsizlik məsələlərini müzakirə etdi

Azərbaycan Əfqanıstanla təhlükəsizlik məsələlərini müzakirə etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 21 avqust 2014
//
Bölmə: Siyasət / Təhsil
Azərbaycan Əfqanıstanla təhlükəsizlik məsələlərini müzakirə etdi



Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-pol­kovnik Elçin Quliyevin dəvəti ilə Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyi Sərhəd Polisinin ko­man­danı general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr olunmuş təntə­nəli mərasimdə iştirak etmək məqsədilə ölkəmizə səfər edib.

DSX-nin Mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Aparatında general-leytenant M.Ş.Fəzlinin təntənəli qarşılanma məra­si­mi keçirilib. Protokola uyğun olaraq, Əfqanıstan Sərhəd Polisinin komandanı "Şərəf dəftəri"nə ürək sözlərini yazıb.

E.Quliyev və M.Ş.Fəzlinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkib­də görüş keçirilib.

Görüşdə sərhəd təhlükəsizliyi məsələləri, dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi tədbirləri, əldə­ olunmuş xidməti nailiy­yət­lər müzakirə olunub, qurumlar arasın­da əməkdaşlığın perspek­­tiv­lərinə və qarşılıqlı maraq doğuran digər mə­sələlərə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Əfqanıstan Sərhəd Polisi əməkdaşlarının DSX Akademiyasında uzun müddətli akademik təlimlərdə, eləcə də müxtəlif ixtisas sahələri üzrə təkmilləşdirmə kurslarında iştirakı ilə bağlı ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti Bakı şəhərinin tarixi-mədəni yerləri ilə də tanış edilib.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.


QafqazpPRESS.az
banner125x125 banner125x125