» » GƏNC NƏSLİN VƏTƏNPƏRVƏR RUHDA TƏRBİYƏSİNDƏ HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ ƏVƏZSİZ OLUB

GƏNC NƏSLİN VƏTƏNPƏRVƏR RUHDA TƏRBİYƏSİNDƏ HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ ƏVƏZSİZ OLUB

Müəllif: Səma Zərdablı
//
Tarix: 12 iyul 2019
//
Bölmə: Siyasət
GƏNC NƏSLİN VƏTƏNPƏRVƏR RUHDA TƏRBİYƏSİNDƏ HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ ƏVƏZSİZ OLUB


Artıq uzun ilıərdir ki, gənclərin vətənpərvər ruhda, Azərbaycançılıq ideologiyası əsasında bəyüməsi, tərbiyə olunması istiqamıətində müvafiq tədbirlər həyata keçirilir, addımlar atılır. Bu istiqamətdə ölkəmizdə bir sıra kompleks tədbirlər həyata keçirilir. Həm dövlət orqanları, həm ictimai təşkilatlar, həm də mətbuat orqanları, televiziyalar və s. Bununla bağlı çoxsaylı tədbirlər, görüşlər, müzakirələr təşkil edirlər. Lakin o da danılmaz faktdır ki, bu istiqamətdə nə qədər çox çalışmalar olarsa o qədər də faydalı nəticələr əldə edilər. Çünki ölkəmiz müharibə şəraitindədir, torpaqlarımızın 20 faizi işğal olunub, çox sayda insanımız yurd-yuvalarından qovulubdur. Azərbaycan təcavüzə məruz qalıb. Belə bir şəraitdə biz gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsinə, onların vətənpərvərlik ruhunun artırılmasına çox əmək sərf etməliyik. Vətənpərvərlik məsələsi elədir ki, bu istiqamətdə çalışmaları lap uşaq yaşlarından başlayıb, daha sonra yeniyetməlik yaşlarında və gənclik illərində daha da güclü bir şəkildə davam etdirmək lazımdır.
Ona görə də təsadüfən demirlər ki, vətənpərvərlik istiqamətində tədbirlər, işlər bağçalardan başlamalıdır. Daha sonra bu prosesi orta məktəbdə və ali məktəbdə gücləndirmək lazımdır.
Bu gün Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev gənclərə ən bariz vətənpərvər nümunədir desək yanılmarıq. Müntəzəm olaraq əsgər və zabitlərin ali baş komandanı cəbhə xəttində, səngərdə görmələri onlara böyük ruh yüksəkliyi verir. Mən bunu prezident İlham Əliyevin orduya xüsusi diqqəti və qayğısı kimi qiymətləndirirəm. Müharibə şəraitində olan bir ordunun ali baş komandanının hərbçilərimizlə əyani şəkildə görüşməsi hərbçilərimizdə, eyni zamanda xalqımızda dövlətə, orduya olan inamı daha da artırır. Dövlət başçısının hərbçilərlə görüşü zamanı etdiyi çıxışlar onları daha da ruhlandırır. Bu səfərlər eyni zamanda ordu rəhbərliyinin məsuliyyətini daha da artıran məqamlardandır. Onlar ali baş komandanın birbaşa diqqətini gördükcə məsuliyyətlərini daha da artırırlar. Bütün bunlar hamısı son dövtlər ordumuzun cəbhə xəttində düşmənin təxribatlarına layiqli şəkildə cavab verməsində də özünü bariz şəkildə göstərir. Dövlət başçısını cəbhədə görən hərbiçilərimiz daha da ruhlanırlar. Bu həm də gənclərdə, sabahın əsgərlərində bir qürur yaradır. Onların vətənpərvərlik hisslərini daha da artlrır.
Yaxın tarixə nəzər salsaq görərik ki, gənc nəslin vətənpərvər ruhda böyüməsində ümummilli lider Heydər Əliyevin xidmətləri böyük olub. Heydər Əliyev rəhbərlik etdiyi bütün illərdə milli-mənəvi dəyərlərimizə həmişə qaygı ilə yanaşıb və bununla bağlı bəyanatlarla çıxış edib, fərman və sərəncamlar imzalayıb. O, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz, xalqımız qarşısında ən zəruri, həlli qaçılmaz vəzifələr olduğunu 13 avqust 2001-ci il tarixli bəyanatında da söyləmişdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adətənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.
Azərbaycan milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülüb. Ümummilli lider bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz milli ruhlda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Milli dəyərlərin, milli adət-ənənələrin zəruriliyi mərhum Heydər Əliyevin məruzə və cıxışlarında həmişə qururla soylənilirdi. Heydər Əliyev gostərirdi ki, milli mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur.
banner125x125 banner125x125