“Rusiya əlindən gələn köməyi etməyə hazırdır” - Lavrov + Yenilənib

Rusiya Xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfərə gəlib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Lavrov arasında görüş olub.
Hər iki tərəf görüşün regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib.
İlham Əliyev bir daha bəyan edib ki, Dağlıq Qarabağda münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
Qeyd edək ki, Rusiya XİN rəhbəri aprelin 7-də Bakıda azərbaycanlı və iranlı həmkarları ilə üçtərəfli görüş keçirəcək.
***
“Rəsmi Moskva Qarabağ münaqişəsində razılaşmaya nail olmaq üçün tərəflərə əlindən gələn köməyi etməyə hazırdır”. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupu həmsədrlərinin regiondakı fəaliyyətini dəstəkləyir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR