Moskvada Qarabağ müzakirəsi: görüş başa çatdı - YENİLƏNİB + FOTO
//
Tarix: 15 aprel 2019
//
Bölmə: ---
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş başlayıb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.
09:21
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı və ermənistanlı həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı perspektivlər müzakirə olunacaq.
Bu barədə TASS məlumat yayıb.
Müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyi bildirilir. Ali diplomatların görüşünə ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) də qoşulacaq.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR