» » Nazirlik cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı

Nazirlik cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2016
//
Bölmə: Siyasət
Nazirlik cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı







Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

“Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” deyə, Dərgahlı bildirir.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyi yaydığı açıqlamasında erməni silahlı bölmələrinin mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutduğunu bəyan etmişdi.
banner125x125 banner125x125