» » Parlamentdə daha bir qalmaqal - Bu dəfə vitse-spikerlə...

Parlamentdə daha bir qalmaqal - Bu dəfə vitse-spikerlə...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 iyun 2016
//
Bölmə: Siyasət
Parlamentdə daha bir qalmaqal - Bu dəfə vitse-spikerlə...








Milli Məclisin növbədənkənar iclasının sonuna yaxın millət vəkili Fuad Muradovla birinci vitse- spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.

Buna səbəb “Daşınmaz əmlakın dövlət reyestr haqqında” qanuna dəyişikliklər zamanı F. Muradovun Z. Əsgərovun fikirlərinə irad tutması olub:

“Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?”.

Sonra millət vəkili çıxışında torpaqlarla bağlı bölgələrdəki duruma toxunub .

Bundan sonra birinci vitse- spiker ironik şəkildə F. Muradova “ Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” sualını verib.

F. Muradov da əsəbi tərzdə Z. Əsgərova “Milli Məclisin saytına girsəniz, orda var”- deyə, cavab verib.

Bu zaman birinci vitse-spiker də uca səslə ona belə cavab verib:

“Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz”.
banner125x125 banner125x125