» » "Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz yenidən müstəqilliyimizi itirəcəkdik" - ŞƏRH

"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz yenidən müstəqilliyimizi itirəcəkdik" - ŞƏRH

Müəllif: Səma Zərdablı
//
Tarix: 29 may 2019
//
Bölmə: Siyasət
   "Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz yenidən müstəqilliyimizi itirəcəkdik" - ŞƏRH


   "Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz yenidən müstəqilliyimizi itirəcəkdik" - ŞƏRH


“Azərbaycan Xalq Cümhuriyyəti bizim tarixi şərəfimizdir. Şanlı tariximizdir. Şərqdə yaranan və demokratik prinsiplərə söykənən ilk dövlət olub. Azərbaycan xalqının bu gün də fəxr etdiyi bu dövlət bizim tariximizin şanlı səhifəsidir. Xalq Cümhuriyyəti bizə bayrağımızı bəxş etdi. Azadlıq anlayışının nə olduğunu göstərdi. Bu gün Azərbaycan Respublikası cümhuriyyətin varisidir. Əslində bugünkü Azərbaycan AXC-nin əsasını qoyduğu proseslərin davamçısıdır”.
Qafqazpess.z xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 May Respublika Günü münasibətilə çıxışında vurğuladığı fikirləri şərh edən millət vəkili bildirib ki, prezident çox düzgün müqayisə apararaq müstəqilliyin qorunub saxlanmasının onun əldə olunmasından daha çətin olduğunu bildirib:
“Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin varlığını qoruyub saxlaya bilmədi. Burada tarixi proseslərlə yanaşı, digər məqamlar da vardı. Prezidentin qeyd etdiyi kimi, 1993-cü ilin may-iyun aylarında ölkədə gedən siyasi proseslər də müstəqilliyimizin yenidən itirilməsinə gətirib çıxaracaqdı. Lakin ulu öndərimiz hakimiyyətə gəldi və ölkədə vətəndaş müharibəsinin, böyük iqtisadi tənəzzülün qarşını aldı. Əgər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, biz yenidən müstəqilliyimizi itirəcəkdik. Artıq ölkədə dərin siyasi və iqtisadi böhran baş qaldırmışdı. Ölkə iqtisadiyyatı iflic vəziyyətdə idi. Siyasi proseslər isə kuliminasiya nöqtəsinə çatmışdı. Separatçı qüvvələr baş qaldırmışdı. Torpaqlarımız işğal olunurdu. Erməni qəsbkarları öz xarici havadalarına arxalanaraq torpaqlarımızı tutmuşdu. Bütün bu proseslərin qarşısı alındı. Ordu vahid komandanlıq altında birləşdi. İqtisadiyyatın inkişaf perspektivləri müəyyənləşdirildi. Siyasi istiqamətdə konkret konsepsiyası hazırlandı. Bütün bu nailiyyətlər Heydər Əliyevin hakimiyyətdə təmsil olunmasının nəticəsi oldu. Bunun sayəsində biz 28 May Respublika Gününü böyük ruh yüksəkliyi ilə qeyd edirik”.
banner125x125 banner125x125