Deputatdan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı — MARAQLI TƏKLİF
Millət vəkili Aydın Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu dəyərləndirərək paytaxt prospektlərinin birinin adının “Cümhuriyyət” prospekti adlandırılmasını təklif edib.
Qafqazpress.az xəbər verir ki, o, eyni zamanda cümhuriyyət liderlərinə abidə ucaldılmasını da təklif edib:
“Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi rolunun qiymətlədirilməsi üçün iki təklif irəli sürürəm:
1. Bakı şəhərində bir “Cümhuriyyət” prospekti olsun.
Ya mövcud prospektlərdən birinin adının dəyişdirilərək “Cümhuriyyət” prospekti adlandırmaq, ya da hansısa yeni bir prospekti bu adla adlandırmaq olardı.
“Cümhuriyyət” prospekti o şanlı tarixi bir daha hər birimizin yadına salar, o tarixə yüksək hörmətimizi bir daha göstərərdi.
2. Bakı şəhərində cümhuriyyət rəhbərlərinin heykəl kompleksinin qurulmasını təklif edirəm. Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Hacınski qardaşları, Xosrov bəy Sultanov və digərlərinin heykəl kompleksinin şəhərin mərkəzində ucaldılması Xalq Cümhuriyyətinin tarixinə bizim yüksək hörmətimizi bir daha nümayiş etdirmiş olardı”, - deyə millət vəkili qeyd edib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR