"Bu daha çox təxribata oxşayır" - Politoloq rəyi
"Bu daha çox təxribata oxşayır" -
Hal-hazırda Azərbaycan-Gürcüstan sərhəddində vəziyyət gərgin olaraq qalır. Gürcü vətandaşların Azərbaycanlı hərbiçilərə hücum etməsini təxribat olaraq adlandırmaq olarmı? İndiki vəziyyətdə Azərbaycanın reaksiyası necə olmalıdır?
Metbuat.az məsələ ilə bağlı politoloqlara müraciət edib. Politoloq Rasim Ağayev saytımıza verdiyi açıqlamada bildirib ki, bu cür hallar adətən təsadüf yox, təxribat olur:
"İlk baxışdan belə görünür ki, bu hal təsadüfi deyil. Əgər biz nəzərə alsaq ki, Gürcüstanda müəyyən ekstrimis qüvvələr yaxşı başa düşürlər ki, Gürcüstanla Azərbaycanın yaxınlaşması indiki hakimiyyətə çox lazımlıdır, bu Qafqazda sülh şəraitinin yaranmasına, sabitliyə səbəb olacaq, onlar buna mane olmağa çalışa bilərlər. Bunları nəzərə aldıqda bu hadisə daha çox təxribata oxşayır. Digər tərəfdən, Azərbaycanda da elə qüvvələr var ki, onlar da istəməzlər sabitlik davam etsin. Ancaq mən düşünürəm ki, Gürcüstan tərəfində olan qüvvələr tərəfindən təşkil edilib".
Politoloq Zaur İbrahimli düşünür ki, məsələdə Rusiyanın maraqları da müəyyən rol oynayır:
"Hazırda Gürcüstanda daxili siyasi mühit gərgin olaraq qalır və ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin mövqelərini getdikcə zəiflədir. Rusiyalı deputatlarla bağlı etirazlara laqeyd qala bilməyən Moskva eyni zamanda İvanişvilinin də çox zərbə almasında maraqlı deyil. Məhz buna görə Tbilisiyə qarşı iqtisadi sanksiyalar tətbiq edilmədi. Bu vəziyyətdə prezident Zurabaşvili də daxil olmaqla İvanişvili komandasını xilas etmək, həm də öz simasını saxlamaq Kremlin əsas vəzifələrindən sayılır. Bunun ən yaxşı üsullarından biri daxili siyasi diskursu dəyişmək, ictimai diqqəti, vətəndaşları siyasi gündəlikdən yayındırmaqdır. Həmçinin İvanişvili komandasına xal qazandırmaqdır. Bunun ən optimal yolu isə Keşikçidağ məsələləsini yenidən aktuallaşdırmaqdır".
Politoloq qeyd edib ki, bu addımlarla Azərbaycanı tələyə çəkməyə çalışırlar, lakin biz səbrli davranmalıyıq:
"Azərbaycan təmkinini qorumalıdır. Topxana hadisələri ilə bağlı müqayisə aparmaq olar, amma indi fərqli zamandır, şərtlər fərqlidir. Bu məsələdə hökumətdən çox cəmiyyətimiz, diasporamız fəal olmalıdır. Amma qurulan tələyə düşməmək şərtilə. Yuxarıda qeyd etdiyim səbəblərdən emosiylara yol vermək olmaz. Bu addımların əsas məqsədi məhz Azərbaycanı emosional addımlara sövq etməkdir. Bütün strategiya buna hesablanıb. Diqqətli, təmkinli, müdrik və fəal olmağımız gərəkir".
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR