Azərbaycanın Rusiya və Gürcüstan ilə sərhəddəki nəzarət buraxılış məntəqələrində problemlər həll olundu
Azərbaycanın Rusiya və Gürcüstan ilə sərhəddəki gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş rejimdə çalışır və bir neçə gün əvvəl Gürcüstanın Daryal dərəsində baş vermiş torpaq sürüşməsi ilə bağlı yaranmış növbələr aradan qaldırılıb.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildiriblər.
DGK-dan qeyd olunub ki, hazırda "Sınıq Körpü" və "Samur" nəzarət-buraxılış məntəqələrində (NBM) intensiv iş gedir, Azərbaycan-Gürcüstan və Azərbaycan-Rusiya sərhədindən sərbəst keçid təmin edilib.
Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi nəticəsində Türkiyəyə tranzit yük daşıyan avtomobillər Azərbaycan ərazisindən keçməyə məcbur olublar. Böyük axın Azərbaycan-Rusiya gömrüyündə yubanmalara səbəb olub ki, bu da sərhədin hər iki tərəfində növbələrin yaranmasına gətirib çıxarıb.
Çərşənbə günü Gürcüstanın Gəlirlərin İdarə Edilməsi Xidmətindən (gömrük və vergi orqanlarının funksiyalarını uyğunlaşdıran struktur) Trend-ə bildiriblər ki, müvafiq strukturlar fövqəladə rejimdə təbii fəalkətin nəticələrinin aradan qaldırılması üzərində işləri davam etdirirlər.
Xidmətdən deyiblər: "Kazbeqi NBM-in (Rusiya tərəfdən Yuxarı Lars) açılışı barədə konkret tarix söyləmək mümkün deyil, amma çox güman, 10 gün ərzində açılacaq. Dəymiş ziyan 3 milyon dollar həcmində qiymətləndirilir, lakin Gürcüstan sərhəd məntəqəsində avtomobil skanerini bərpa edə bilməsək, ziyan daha çox ola bilər. O bahalıdır və əgər dəyişmək lazım gələrsə, 10-12 milyon dollara başa gələcək".
Hazırda Gürcüstanın Daryal dərəsində torpaq sürüşməsinin nəticələrinin aradan qalıdırılması üzrə işlər davam etdirilir. Paralel olaraq sürüşmə zamanı itkin düşmüş "Daryal" SES-in fəhləsinin də axtarışları aparılır.
Çərşənbə günü Gürcüstanın Regional İnkişaf və İnfrastrukturlar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda sürüşmə nəticəsində bağlanmış Gürcüstan Hərbi yolunun bir hissəsi təmizlənib və yolun iki kilometr uzunluğunda olan digər hissəsinin təmizlənməsi həyata keçirilir.
Devdoraki dərəsində sürüşmə proseslərinin monitorinqi üçün meteoroloji stansiya quraşdırılıb. Stansiya yağıntıların miqdarını, temperaturu, atmosfer təzyiqini avtomatik rejimdə ölçür. Bununla yanaşı, dərədəki vəziyyətə seysmik stansiyalar tərəfindən nəzarət edilir.Azərbaycanın Rusiya və Gürcüstan ilə sərhəddəki gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş rejimdə çalışır və bir neçə gün əvvəl Gürcüstanın Daryal dərəsində baş vermiş torpaq sürüşməsi ilə bağlı yaranmış növbələr aradan qaldırılıb.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildiriblər.
DGK-dan qeyd olunub ki, hazırda "Sınıq Körpü" və "Samur" nəzarət-buraxılış məntəqələrində (NBM) intensiv iş gedir, Azərbaycan-Gürcüstan və Azərbaycan-Rusiya sərhədindən sərbəst keçid təmin edilib.
Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi nəticəsində Türkiyəyə tranzit yük daşıyan avtomobillər Azərbaycan ərazisindən keçməyə məcbur olublar. Böyük axın Azərbaycan-Rusiya gömrüyündə yubanmalara səbəb olub ki, bu da sərhədin hər iki tərəfində növbələrin yaranmasına gətirib çıxarıb.
Çərşənbə günü Gürcüstanın Gəlirlərin İdarə Edilməsi Xidmətindən (gömrük və vergi orqanlarının funksiyalarını uyğunlaşdıran struktur) Trend-ə bildiriblər ki, müvafiq strukturlar fövqəladə rejimdə təbii fəalkətin nəticələrinin aradan qaldırılması üzərində işləri davam etdirirlər.
Xidmətdən deyiblər: "Kazbeqi NBM-in (Rusiya tərəfdən Yuxarı Lars) açılışı barədə konkret tarix söyləmək mümkün deyil, amma çox güman, 10 gün ərzində açılacaq. Dəymiş ziyan 3 milyon dollar həcmində qiymətləndirilir, lakin Gürcüstan sərhəd məntəqəsində avtomobil skanerini bərpa edə bilməsək, ziyan daha çox ola bilər. O bahalıdır və əgər dəyişmək lazım gələrsə, 10-12 milyon dollara başa gələcək".
Hazırda Gürcüstanın Daryal dərəsində torpaq sürüşməsinin nəticələrinin aradan qalıdırılması üzrə işlər davam etdirilir. Paralel olaraq sürüşmə zamanı itkin düşmüş "Daryal" SES-in fəhləsinin də axtarışları aparılır.
Çərşənbə günü Gürcüstanın Regional İnkişaf və İnfrastrukturlar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda sürüşmə nəticəsində bağlanmış Gürcüstan Hərbi yolunun bir hissəsi təmizlənib və yolun iki kilometr uzunluğunda olan digər hissəsinin təmizlənməsi həyata keçirilir.
Devdoraki dərəsində sürüşmə proseslərinin monitorinqi üçün meteoroloji stansiya quraşdırılıb. Stansiya yağıntıların miqdarını, temperaturu, atmosfer təzyiqini avtomatik rejimdə ölçür. Bununla yanaşı, dərədəki vəziyyətə seysmik stansiyalar tərəfindən nəzarət edilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR