» » Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanda tamaşaya qoyulacaq

Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanda tamaşaya qoyulacaq

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 avqust 2020
//
Bölmə: Mədəniyyət
Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanda tamaşaya qoyulacaq


Daşkənd, 20 avqust, АZƏRTAC

Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında özbək dilində tamaşaya qoyulacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Buxara vilayətinin rəhbərləri arasında razılıq əldə olunub.
Artıq Özbəkistanın Mədəniyyət Nazirliyi əsərin tamaşaya qoyulmasını təsdiq edib və tamaşa dövlət sifarişi ilə maliyyələşdiriləcək.
Qeyd edək ki, 100 ildən çoxdur Azərbaycan yazıçılarının əsərləri, xüsusilə “Arşın mal alan” Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla qarşılanır. Hələ ötən əsrin əvvəllərində azərbaycanlı maarifçilər - Seyid Rza Əlizadə, Sidqi Ruhulla, rejissor Mirzə Həbib Axundzadə və digər mədəniyyət, teatr xadimləri Orta Asiyada azərbaycanlılardan ibarət teatr truppası yaradaraq yazarlarımızın əsərlərini Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm və Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim ediblər.
Bizi Facebook -da izləmək üçün
banner125x125 banner125x125