» » QAYTAR QARABAĞI, QAYTAR MİLLƏTƏ QARABAĞ ÇİYNİNİN PAQONU OLSUN!

QAYTAR QARABAĞI, QAYTAR MİLLƏTƏ QARABAĞ ÇİYNİNİN PAQONU OLSUN!

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 oktyabr 2020
//
Bölmə: Mədəniyyət
 QAYTAR QARABAĞI, QAYTAR MİLLƏTƏ QARABAĞ ÇİYNİNİN PAQONU OLSUN!
 QAYTAR QARABAĞI, QAYTAR MİLLƏTƏ QARABAĞ ÇİYNİNİN PAQONU OLSUN!



Bu xalqın ümidi, gümanı Heydər,
Qaytar Qarabağı qaytar millətə;
Ali Baş Komandan, ey Ali rəhbər,
Son qoyaq bir yolluq bu müsibətə!
Qaytar Qarabağı qaytar millətə!


Millət heykəlini töksün qızıldan,
Qarabağ çiyninin paqonu olsun! –
Yazılsın adına bir yeni dastan,
Qəlbimiz sevnclə, fərəhlə dolsun!
Qarabağ çiyninin paqonu olsun!


Cıdır düzü boyda bir süfrə açaq,
Sevincdən ağlasın İsa bulağı,
Heydərin adıyla qədim Qarabağ,
Görsün hardan gəlir səsi, sorağı,
Sevincdən ağlasın İsa bulağı!

Səslənisn bir ömrün harmoniyası;
Qarabağ bu ömrün akkordu olsun;
Başlanısn bir ömrün yeni dünyası;
Bu hünər, qələbə tarixdə qalsın,
Qarabağ bu ömrün akkordu olsun!

Dolmuş bulud üstə şimşəklər durur,
Əmrini gözləyir dəli şimşəklər.
Qəzəblə, nifrətlə ürəklər vurur...
Ali Baş Komandan, hər axşam, səhər,
Əmrini gözləyir dəli şimşəklər!

Nifrətlə büs-bütün çulğalanmışıq,
Vuruşa səsləyir bu nifrət bizi! –
Səngyib, toxtayıb, çalxalanmışıq...
Sarsıda bilməmiş xəyanət bizi,
Vuruşa səsləyir bu nifrət bizi!

Bu xalqın ümidi, gümanı Heydər,
Qaytar Qarabağı, qaytar millətə!
Ali Baş Komandan, ey Ali rəhbər,
Bu qara günlərin bir sonu olsun;
Qaytar Qarabağı, qaytar millətə!
Millət heykəlini töksün qızıldan,
Qarabağ çiyninin paqonu olsun!



Səttar Zərdabi

banner125x125 banner125x125