ATV Şuşa, Laçın və Kəlbəcərdə radio yayımı üçün MTRŞ-ya müraciət etdi
"Azad Azərbaycan” MTRK-ı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa, Laçın və Kəlbəcərdə 106.3 FM radiosunun proqramlarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb.
Qafqazpress.az xəbər verir ki, müraciətdə Şuşa, Laçın və Kəlbəcərdə yeni radio ötürücülərin quraşdırılması üçün "Azad Azərbaycan” MTRK-na yayım tezliklərinin ayrılmasına icazə verilməsi xahiş edilib.
Qaynarinfo
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR