SPES TV İLƏ BAĞLI SON VƏZİYYƏT NƏDİR?
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Speys” televiziyası barədə tərtib etdiyi protokol məhkəmənin icraatına götürülüb.
ONN media xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas aprelin 24-nə təyin edilib.
Hakim Günel Əkbərlinin sədrliyi ilə protokolla araşdırılacaq.
MTRŞ İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib.
Qeyd edək ki, MTRŞ-nın məlumatına əsasən, Speys TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.Report
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR