Dilarə Kazımova ukraynalıları heyran etdi
“Eurovision 2014” Azərbaycan təmsilçisi Dilarə Kazımova Ukraynanın “Qolos”(səs) mahnı müsabiqəsində növbəti mərhələyə keçib.
ANS PRESS-in məlumatına görə, gənc ifaçı yarıçmanın digər iştirakçısı olan Katerina Nazimenko ilə duet ifa edib. Onlar Madconun repertuarından olan «Beggin» mahnısını səsləndiriblər. Onlar ifalarını bitirdikdən sonra “Okean Elzı” qrupunun lideri Svatoslav Vakarçuk D.Kazımovanı seçib. Vakarmuk ifaçımızın səsini və oxuma tərzini çox bəyəndiyini bildirib və öz komandasına daxil edib. Bundan əlavə olaraq məşhur ifaçı seçimini etdikdən sonra səhnəyə qalxıb və qızlar ilə birlikdə həmin mahnını yenidən ifa edib.O bununla seçiminin doğru olduğunu göstərmək istəyib.
Qeyd edək ki, Svatoslav ilə yanaşı digər münsif heyyəti də qızları bəyənib. Münsif heyyətinin kürsündə əyləşən ukraynalı məşhur müğənni Ani Lorak bildirib ki, qızlar duet ifa etdikdə hətta ayağa qalxıb oynamaq da istəyib, amma digər yoldaşlar oynamadıqlarına görə o da sakit oturmalı olub.
Dilarə Kazımova isə müsahibəsi zamanı çox xoşbəxt olduğunu bildirib: “Mən fikirləşmirdim ki, o məni seçər. Sevincimin həddi, hüdudu yoxdur, çox xoşbəxtəm”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR