Dilarə Kazımova Moskvada çıxış edəcək
Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova aprelin 20-də Moskvada müsabiqədən əvvəl keçirilən ənənəvi gecədə çıxış edəcək. Rusiya paytaxtı Dilarənin Avropa promo-turu çərçivəsində səfər etdiyi dördüncü şəhər olacaq.
Milli.Az-ın məlumatına görə, gecə Moskvanın “Karlson” restoranının damında keçiriləcək. Builki tədbirdə bir sıra Avropa ölkələrinin Eurovision təmsilçiləri - Firelight (Malta), Teo (Belarus), Valentina Monetta (San-Marino), Kristina Skarlat (Moldova) və Mey Faynqold (İsrail) iştirak edəcəklər. Onlar bu il Rusiyanı “Eurovision”da təmsil edən Tolmaçova bacıları ilə birlikdə çıxış edəcəklər.
Dilarə gecədə müsabiqə üçün nəzərdə tutulan “Start a Fire” kompozisiyasını və oynaq “Mercy” mahnısını ifa edəcək. Azərbaycanlı müğənni Moskvaya səfər edəcəyinə və Tolmaçova bacıları ilə, həmçinin tanınmış Rusiya müğənnisi Filipp Kirkorovla tanış olacağına çox şaddır.
Moskvada Dilarənin jurnalistlərlə bir neçə görüşü planlaşdırılıb. Azərbaycan nümayəndəsi “Moskva-24” telekanalının efirində çıxış edəcək, ən populyar qəzet, jurnal və radiostansiyaların suallarını cavablandıracaq, habelə bir sıra İnternet resurslarına müsahibə verəcək.
Dilarə Moskvadan sonra Gürcüstana və Maltaya gedəcək. Xəbərləri izləyin və Start a Fire mahnısını iTunes və Amazon-da dinləyin.
Dilarə Kazımova “Start a Fire” mahnısını mayın 6-da Kopenhagendə “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.
Xəbərləri izləyin: facebook.com/dilarakazimova
Rəsmi sayt: dilara.eurovisiontalents.com
İnstagram: instagram.com/dilarakazimova
Start a Fire iTunes-da: http://bit.ly/1hJgkPg
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR