Astarada “Şeytan işığı” göstərildi

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası, Astara şəhərində, “Şeytan işığı” adlı tamaşa ilə sakinlərin qonağı olub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, ailə dəyərlərinin əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda Azərbaycan vətəndaşlarının mübarizəsini əks etdirən səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Rayon mədəniyyət evinin səhnəsində baş tutan tamaşa, yazıçı- dramaturq Kamran Nəzirlinin əsəri əsasında hazırlanıb. Səhnə əsərində əsasən Azərbaycanın keçid dövründəki baş verən mövcüd durumu göstərilir. Belə ki, həmin dövrdə xarici ölkələrdən respublikamıza gələn əcnəbi mütəxəssislər, öz dünya görünüşlərini bizlərə aşılayırlar. Bu zaman onlar özləri də bilmədən, milli–mənəvi dəyərlərimizə xələl gətirmiş olurlar. Əcnəbilərin atdıqları addım xalqımızın mentaliteti ilə uyğun gəlmir. Onların qarşısına isə Azərbaycanın yeni gənc nəsili çıxır. Gənclər milli dəyərləri qorumaq üçün ölümə belə getməyə hazır olduqlarını, müqəddəs ailə dəyərlərinin müdafiəsi və qorunması uğrunda mübarizəsini nümayiş etdirilər.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın xalq artisti Kamran Quliyev, səhnə tərtibatçısı teatrın rejissoru, əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikanın əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Qeyd edək ki, tamaşada əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aparıcı aktyorlardan Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Aynur Əhmədova, Niftulla Əsgərov, Əbülfəz Axundov və digərləri ifa ediblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR