Gənc Tamaşaçılar Teatrının aktyoru "Humay" aldı
Milli.Az-ın Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinə istinadən məlumatına görə, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının təqdimat mərasimi keçirilib.
Teatr nominasiyası üzrə mükafat Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist, Prezident mükafatçısı Qurban İsmayılova təqdim edilib. İstedadlı aktyor sözügedən mükafata Azərbaycan Teatr Xadimləri İttifaqı rəhbərliyinin təqdimatı ilə Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) əsərində canlandırdığı "Kor ata" obrazına görə layiq görülüb.
Məlumat üçün bildirək ki, 1993-cü ildə təsis edilmiş “Humay” milli mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur. Humay Akademiyası üzvləri tərəfindən müəyyən olunan mükafat teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri sənət, idman və digər nominasiyalar üzrə təqdim olunur.
QafqazPRESS.az
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR