1 ULUSLARARASI AVRASYA TÜRK DÜNYASI ÇOCUK EDEBİYYATI YAYINLIĞI SEMPOZYUMUNDA ( 14 – 17 NİSAN 2014 – ESKİŞEHİR ) FƏRİDƏ LƏMANIN ÇIXIŞI


ŞAİR ASLAN KƏMƏRLİ YARADICILIĞINDA UŞAQ ŞEİRLƏRI
Azərbaycan ədəbiyyatında klassiklərimizdən üzübəri bütün qələm sahibləri demək olar ki,uşaq yaradıcılığına maraq göstəriblər. Və bu sahədə uğurlu əsərlər yaranıb.Dahi Nizaminin “ Fitnə”,” Sultan Səncər və qarı” , “Kərpic kəsən kişinin dastanI “,M.Füzulinin “Meyvələrin söhbəti” ,daha sonralar bu yönümdə M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, M.Seyidzadə,M.Rzaquluzadə, H.Əlizadə,Ə.Cəmil,M.Dilbazi.N.Rəfibəyli, H.Ziya, Nəbi Xəzri , B.Vahabzadə , T . Elçin , İ.TapdIq , T.Mahmud ,Z.Xəlil ,Xanımana Əlibəyli,A.Kəmərli və s. kimi qələm adamlarının dəyərli əsərləri uşaqların Ana Vətənə,ailəyə,cəmiyyətə,torpağa,halal zəhmətə sevgi hisslərini aşılamaqda mühüm rol oynayır.Təsadüfü deyil ki, tədqiqatçılar Azərbaycan ədəbiyyatında uşaq ədəbiyyatının tarixini Dədə Qorqud , Şeyx Nizami dövrü ilə bağlayırlar.
Xalq şairi Səməd Vurğun yazırdı : “Biz uşaqla danışdığımıız zaman – insanla danışdığımızı,uşaq üçün yazdığıımız zaman – insan üçün yazdığımızı unutmamalıyıq.”
Təbii ki,əbədiyaşar şair burada yazi dilinin sadəliyini, qavrayışı,zövqü ,uşağın oxuduğu əsərdən aldığı anlaşıql informasiyanı, sağlam tərbiyəni,təsir edəcək emosiyanı və eyni zamanda əhvali – ruhiyyəni mənimsətməyi yazarlara tovsiyyə edir . Zengin gələcək, inkişaf ,mühit və ətrafa baxış bu köklər üstündə bərqərar olur..
Bu ənəni uşaqlarla bağlı yazdiği çoxsayli şeirlərində , 4 uşaq şeir kitabında ictimai xadim və şair Aslan Kəmərli ləyaqətlə davam etdirib,özündən sonra hər dövrün uşaqları, oxuculari üçün əsrarəngiz bir poeziya çələngi hörüb.Aslan Kəmərli hələ sovet dönəmində uşaqlar üçün çap olunan “Pioner “ jurnalinda məsul katib işləmişdi.O vaxtlar demək olar ki,bütün məktəblər,digər tədris və təhsil ocaqları bu jurnala abunə olduqları üçün görkəmli şairi uşaqlar tanıyır və sevirdilər.Bu gün də o sevgi var və yaşayır.A.Kəmərlinin uşaqlıq illəri böyük vətən müharibəsinin ən qizğın vaxtlarına düşüb.Müharibə xofu,müharibə təhlükəsi onun həyatında qara bir xətt kimi keçir.1942-ci ildə dünyaya gələn Aslan ,1992-ci ilin oktyabr ayında işlədiyi “ Azərbaycan “ qəzetindən ən qaynar bölgəyə – Gəncə – Qazax bölgəsinə xüsusi müxbir təyin edilmişdi.O , noyabr ayında –əlli yaşına bir ay qalmış döyüş bölgəsindən gələrkən maşın qəzasına düşmüş,üç nəfərlə birlikdə həlak olmuşdular.
Azərbaycan ədəbiyyatına yaşadığı müddətdə bir-birindən dəyərli əsərlər vermiş Aslan Kəmərli hər zaman xatırlanır,anılır.onun yaradicılığı , yazdiği əsərlər mövzu nöqteyi – nəzərindən zamanla , zövqlərlə səsləşir və üst – üstə düşür.Müharibə illərinin ağrısı – acısı ölənədək canında yaşayan şair “beş oğul,beş qiz “ şeirində uşaqlıq illərini belə xatırlayır.
Dünyaya gəlmişəm alovda,odda,
Hansi istək məqamına tən olub.
Görən bu dünyada,görən mən adda,
Nə qədər daş yonan,yer əkən olub.
Dünyanın ən çətin sınağı idi,
Mən ondan əyilməz çıxaydım gərək.
Şuma siğal çəkən dırnağım idi,
Torpaği bağrıma sıxaydım gərək .
Nəydi,uşaqların günahı nəydi?!
Bəlkə də Aslan Kəmərlini uşaq şeirləri yazmağa sövq edən onun dadlı,duzlu ,şiltaq,ərköyün uşaqlıq illərini ürəyi istədiyi kimi yaşaya bilmədiyi olmuşdu.Onun canlı həyatda uşaqlara olan sevgisi,məhəbbəti,səmimiyyəti bütün yaradıcılığı boyu izlənir.Onun əsərlərində hikmətamiz babaya, dilli nağilli nənəyə,dilli ballı laylaya batmış anaya,öyüd yeri olan ataya ,sədaqətli dosta,dağlarda,düzlərdə bitən gül-çiçəyə,barlı-bərəkətli bağça-bağa,zümrüd meşələrə,şərbət bulaqlara,insana sədaqətli heyvanlara və nəhayət həyati,ətrafı böyük maraqla öyrənmək istəyən bu günümüz,sabahımız olan əziz balalara,onların ətrafa sevgisinə şahid oluruq.
Qeyd etdiyimiz kimi A.Kəmərli yaradıcıılığının bir hissəsini uşaqlara həsr edib.Onun qəhrəmanları həm şəhərdən ,həm də kənddəndir.Şeirlərdəki maraqlı süjet xətti,təzadlar,hər işə,ətrafa maraq hər zaman diqqət mərkəzində qalır və müəllif oxucunun marağını müşahidə altına alaraq onu çox sadə bir dillə başa salır.U.şaqlar yaşadığı məkandan və böyüdüyü mühitdən asılı olmayaraq müəllifin bəddi təqdimatı ilə bilmək istədiyi nə varsa onu rahat qavraya bilir ,yaddaşına həkk edir.
“ Qala qapısı” şeirində ilk dəfə kənddən şəhərə,əmisigilə gələn Həsəni böyük şəhər,enli,çıraqban küçələr,hündürmərtəbəli evlər,rəgbərəng şütüyən maşınlar gözünü qamaşdırır.bəs ardı – arası kəsilməyən maşın karvanlarından yolu necə keçsin?bilmir ki,yolu keçmək üçün işıqfor var.Müəllif qəhrəmanını belə başa salır :
Birinci gün əmisi
Başa saldı Həsəni,
Öyrətdi ki,keşiddən
Necə keşsin küçəni?
-Onun adı işıqfor-
Görürsənmi gözləri.
Növbə ilə yanırlar,
Növbə ilə özləri.
Qırmızıdı:dayan,dur!
Sarı yandı: hazırlaş.
Yaşıl yandı-yol sənin,
Başa düşdünmü,qaqaş?!
Həsəni şəhərimizin tarixi abidəlıəri ilı tanış edən əmisi onu “ Qız qalası “ abidəsinə gətirir.Kitabdan oxuyub,şəklini gördüyü qala Həsəndə böyük maraq yaradır.Onlar bilet alıb qalaya qalxırlar,əmi qala haqqında Həsənə bilgi verir:
Dava-dalaş zamanı
Qızlar burda qalarmış.
Bax bu qala bir xalqın
Qeyrət yeri olarmış.
Düşmən ala bilməzmiş
Bu qalanı heç zaman.
Keşiyində oğullar,
Yatmazlarmış bircə an.
O zamandan bu qala
Ad alıb: Qız qalası!
Bu gözəl Bakımızın
İsməti,qız balası!
Və yaxud Həsən kitabda şəkillərini gördüyü Xəzər dənizi , gəmilər, sahil bağı ,Neft daşlarında qurulan şəhəri gördükcə gözləri qarşısında yeni bir dünya açılır.Onun Xəzər dənizində gəmidə gəzintisi , Neft daşları haqqında təəssüratları isə belə oldu :
Dirəklərin üstündə,
Salınılbdı küçələr.
Çil – çıraqban hər gecə,
Ləpələrə yağır zər.
Şair bir kəndin mənzərəsini təsvir edərkən sanki sözlərlə bir kəndin mənzərəsini çəkir. Yaşıl meşəli ,sıldırım qayalı. Yaylaqlı , aranlı , nəfəsi gül qoxulu.Müəllifin söz fırçasının çəkdiyi bu gözəllik körpə oxucusunu düşündürür və onun gözləri önündə əsrarəngiz bir mənzərə açır.Şairin uşaq şeirləri oxucusunu forma və məzmunla tanış edərək bitkin bir məlumat verir. “ Çörək “ şeirində toxumun zəmidə əkilməsi , böyük zəhmətlə yetişdirilib biçilməsi çöröyin əmələ gəlməsi haqqında tam təəssürat yaradır. Eyni zamanda çörəyin çıxdığı yeri göstərir :
Babam deyir , torpağa,
Tər tökəsən sən gərək.
Qoru onu, sev onu –
Torpaqdan çıxır çörək.
“ İlk dərs “ şeirində müəllif “ A “ hərfinin dərsdə tədrisini sadə bir üsulla uşağa başa salır;
“ A” dan başlayır,
“Ana” sözü də.
“ Ata “ sözü də.
“Araz “sözü də.
Deyək ki milli tərbiyə üsulu “ Sözə baxan oğlan “ şeirində öz əksini tam dolğunluğa ilə əks etdirib.
- Tural . get atı otar,
- Baş üstə , baba.
- Tural , ağacı sula,
- Baş üstə , baba.
- Qoyuna duz səp. Bala,
- Baş üstə , baba.
Babam hara buyursa,
Tez baş üstə deyirəm.
Gah örüşə gedirəm,
Gah da çaya gedirəm.
Bəs nəvə də babanın
Heç çıxarmı sözündən...
Azərbaycan milli mentalitetinin bariz nümunəsidi bu şeir.Özündən böyüyə ehtiram , qarşıdakının sözünü tutmaq,ona əməl etmək özü də əxlaqi normalarından biridi.
Şair uşaqlara məxsus xüsusiyyətləri n təsvirinə çox incəliklə yanaşır.Onların ev heyvanlarına həssas münasibəti , davranış qaydaları zərif və xoşagəlimdi.Sanki heyvanlar da uşaqlarda bu münasibəti duyur və çox vaxt məişət “ dostu “ olurlar.Bu cür süjet uşaqlarla bağlı yazılmış bütün dünya ədəbiyyatı nümunələrində də əks olunur – uşaqlar xeyirxahdı,safdı , heyvanları sevirlər ,onlara can yandırılar - quşlara yuva qurur, itə,pişiyə dam tikir, çiçəklərə su verir .Eyni qaydada oynayırlar - qarğıdan atları , oyunda taxtadan silahları,döyüşdə zəfər əldə etmiş bir əsgər və s.
Aslan Kəmərli uşaqlar üçün yazdığı əsərlərdə xarakterik obrazlara müraciət etmiş, maraqlı və yaddaqalan süjetlər qurmuşdu.Onun bir –birindən gözəl yazdığı uşaq şeirlərindən əlavə “ Palazqulağın dastanı “,
“ Dəvə yurdu “ , “ Yadigar şəkil “ , “ Kəndimizin baharı “kimi poemaları gözəl ədəbi nümunələrdi.
“Kəndimizin baharı “ poemasında müəllif uşaqları ilin dörd fəsli ilə tanış edir:
Ağaclara şeh düşüb,
Göydə ulduzlar sanı.
Yaşıl rəngə bürünüb,
Evimizin dörd yanı.
( Baharda )
Səslənir ney,balaban,
Düşərgədə şənlik var.
Ətrafında tonqalın,
Yallı gedir uşaqlar.
( Yayda)
Yetişib bağın barı,
Doldurub anbarları.
Yarpaqlara şeh düşüb,
Qırov tutub göy çəmən.
Dağların zirvəsini
Bürüyübdü duman,çən.
( Payızda )
Günəş harda gizlənib ?
Lopa-lopa qar yağır...
Itib yollar , cığırlar.
Dərə,təpə ağarır...
( Qışda )
Yamyaşıl donlu bahar, qaynar nəfəsli yay,barlı-bəhərli,xəzəlli payız,qar topulu qış uşaqların sevimlisidi.hər fəslin özəlliklərini müəllif sadə dildə körpə oxucularına çatdırıb.
Doğma kəndini qarış- qarış gəzən şair uşaqlara meşə giləmeyvələri – moruq,itburnu,çiyələk,zoğal, yemşan və s .haqqında məlumat verir.Kəndin zəngin meşə florası haqqında uşaqların maraq dünyasına siraət edir.Ev heyvanları – qoyun –quzu,inək,buzov,at,it,keçi,camış və s.həmçinin çöl heyvanları –maral, cüyür,dovşan,dağ keçisi və s haqqında yaratdığı poetik eskizlər nəinki uşaqları ,böyükləri də heyrətdə qoyur.bu bədii təxəyyül içində rəngarəng bir qalareya yaranır.
“Dəvə yurdu “ poeması da maraqlı süjet əsasında qurulub.həyat həqiqətlərini bədii gerçəklik fonunda əks etdirir.Ac qurd bütün günü yemək axtarmaq üçün çölü,çəməni dolaşır.Yaxında kənd olsa da gözünə qoyun –quzu dəymir.Qarşıda isə aşıb keçməli boz təpə var.Bu təpəni keçməyə güc lazımdı.Qurd birdən şirlə qrşılaşdı.Onu belə pərişan halda görən şir nələr olduğunu soruşduqda qurd ac olduğunu dedi.Və şirin ünvanına təm-təraqlı.bər-bəzəkli sözlər söyləyərək onu meşənin şahı adlandırdı.Şir bu sözlərdən ruhlanaraq dəvə sürüsünə hücum edib ən kök bir dəvəni parçalayaraq bir qədər yeyib yerdə qalanını qurda verdi.hələlik qarnı doyan qurd bir qədər sonra yenə aclıq günləri başladı.Bu dəfə qurd tülkü ilə qarşılaşdı.Tülkünün acından tükləri belə tökülmüşdü, lakin üz-gözündən biclik tökülürdü.bu dəfə tülkü ona kömək etmək üçün qurda yalvardı.Qurd şir kimi hərəkət etmək istədi.Dəvəni parçalamaq üçün ona hücum etdi.Dəvə qollarının arasında qurdu sıxıb öldürdü.O dəvə kininin nə olduğunu bilmirdi.
Boz tülkünün işıq gəldi gözlərinə.
Taqət gəldi dizlərinə.
-Nə fərqi var mənim üçün?
Dəvə olsun,ya qurd olsun-
Təki mənim qarnım dolsun!
Dayanmayıb bircə anda
Parçaladı ölü qurdu...
Həmin gündən çəmənliyə ad verdilər –
“ Dəvə yurdu “.
Yaşadığımız cəmiyyətin qaçılmaz həqiqətləri – güclünün, bicin gücsüzə “qalib “ gəlməsi, onu sıradan çıxartması gerçəklikdi.Tarixi yer,məkan adlarının arxasında yol keçib gəlmiş canlı hekayətlər beləcə nağıllaşıb , dastanlaşıb.
Palazqulağın dastanı “ poemasında Palazqulaq itlə Kazımın dostluğundan söhbət açılır. Palazqulaq kəndə gələnlərə ızünü belə təqdim edir:
- Eləsə gəlin,biz tanış olaq,
- -Hav!Mənim adım,hav Palazqulaq.
Kazım isə kəndə gələnlərlə bu cür tanış olur:
- Palazqulağın dostu Kazımam,
Dostlarımdan çox ondan razıyam.
Palazqulaq böyüdükcə Kazıma . Kazım izə Palazqulağa bağlandı.Günlərin bir günü Kazımın toyuq – cücəsinə tülkü dadandı.Palazqulaq hiyləgər tülkünün məhv edilməsində dostu Kazıma kömək etdi.
Tülkü astaca yetişdi hinə,
Açdı qapını o.sinə-sinə.
Palazqulaq da yetişdi bu an,
Tutdu tülkünün tez quyruğundan.
Yetişdi Kazım haya-haraya,
Oğru tülkünü saldı araya.
Olduqca maraqlı süjetə malik olan poemada bəzi insanlardan sədaqətli Palazqulaq baş obraza çevrilə bilib.
60 - 90 illər Azərbaycan uşaq ədəbiyyatında şair- publisist Aslan Kəmərlinin özünəməxsus yaradıcılıq yolu danılmazdı.Vətənpərvər şair,istedadlı jurnalist in uşaqlarım ız üçün bağladığı söz çələngi hər zaman öz rayihəsini verməkdədir.
Onun çox saylı müşahidələri uşaqların düşüncə tərzi ilə üst-üstə düşür.”hər nə görür soruşur “ şeirinə diqqət edək.Kəndə gələn Gülbahar gördüyü hər nə varsa maraqlanır.Gördüklərini bəzən yanlış adla çağırır:
Reyhana nərgiz deyir,
Bənövşəyə kəkotu.
Bir –birindən seçəmmir,
Nə çiçəyi nə otu.
Buğdatya qamış deyir,
İnəyə camış deyir.
At tanımır Gülbahar,
İt tanımır Gülbahar.
Həyat mənbəyi Aslan Kəmərli yaradıcılığının əsas motivlərindən olmuş, Azərbaycan klassik ədəbiyyatının mənəviyyat xəzinəsinə o da ədəbi bir irs qoya bilmişdi.Dərin zəka,zəngin təcrübə,ətrafla sıxı əlaqə,sağlam ruh sahibi Aslanın yaradıcılığının dayaq nöqtəsidi.
FƏRİDƏ LƏMAN
Folologiya üzrə fəlsəfə doktoru
PS: 16 APRELDƏ SİMPOZYUM NÜMAYƏNDƏLƏRİNİN BİR QRUPU İLƏ ƏSKİŞƏHƏR VALİSİNİN GÖRÜŞÜ OLDU.GÖRÜŞDƏ FƏRİDƏ LƏMAN AZƏRBAYCAN BAYPAĞINI,DÖRD MÜƏLLİFLƏ HAZIRLANMIŞ “ CAN AZƏRBAYCAN “ VƏ ASLAN KƏMƏRLİNİN ƏSKİŞƏHƏRDƏ ÇAP OLUNMUŞ “ BU YOLLARDAN NAZİM KEÇTİ “ KİTABLARINI CƏNAB VALİYƏ TƏQDİM ETDİ!
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ;
1.Kəndimizin baharı.(1976!
2.Obamıza yönüm düşüb.(1979 )
3.Yadigar şəkil.( 1981 )
4.Babamın yüz yaşı var.(198
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR