» » “Uşaq kinosu həftəsi” və xeyriyyə tədbiri keçiriləcəkdir

“Uşaq kinosu həftəsi” və xeyriyyə tədbiri keçiriləcəkdir

Müəllif: Səma Zərdablı
//
Tarix: 27 may 2019
//
Bölmə: Mədəniyyət
“Uşaq kinosu həftəsi” və xeyriyyə tədbiri keçiriləcəkdir


1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Olaylar.az bildirir ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür.
Mədəniyyət Nazirliyinin və Bakı Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində cari il mayın 27-dən 31-dək "Uşaq kinosu həftəsi" və mayın 30-da Nizami Kino Mərkəzində xeyriyyə tədbiri keçiriləcəkdir.
"Uşaq kinosu həftəsi" çərçivəsində 16 müəssisədə 32 film nümayişi nəzərdə tutulur.
Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş xeyriyyə tədbiri "Salnaməfilm" sənədli filmlər studiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nizami Kino Mərkəzi və "Ulduz" şokolad fabrikinin birgə təşkilatçılığı ilə həyata keçirilir .
Uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı və yeni cizgi filmlərinin təqdimatından ibarət bayrama qayğı və diqqətə xüsusi ehtiyacı olan uşaqlar qatılacaq. Sözügedən tədbirdə məqsəd uşaqlara sevinc və təbəssüm bəxş etməkdir.
banner125x125 banner125x125