Azərbaycan teatrının üzv olduğu beynəlxalq qurumda yeniliklər...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildən üzv olduğu Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİSTEJ-də bəzi kadr dəyişiklikləri baş verib. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, cari ilin may ayının 23-dən - 31-dək Varşavada 18-ci ASSİTEJ Ümumdünya konqresi keçirilib, konqresdə qurumun 2011-2014-cü illərdə İcraiyyə komitəsinin fəaliyyətini əhatə edən məsələlər müzakirə edilib, hesabatlar dinlənilib, gələcək illərdə baş tutacaq mühüm beynəlxalq teatr tədbirlərinin tarixləri və növbəti illər üçün qurumun icraiyyə komitəsi müəyyən edilib. Korczak Beynəlxalq uşaq və gənclər teatrları festivalı çərçivəsində ASSİTEJ - Polşa Milli Mərkəzinin təşkilatçılığı ilə Varşavanın Elm və İncəsənət Sarayında baş tutan konqresdə 50-dən artıq ölkənin nümayəndələri iştirak ediblər.
Konqresdə səsvermə yolu ilə növbəti 2014-2017-ci illər üçün yeni İcraiyyə Komitəsi təyin edilib. Ivetta Hardi səs çoxluğu ilə yenidən prezident kürsüsünə layiq görülüb, 6 icraiyyə komitəsinin üzvü qalmaqla, daha 6 üzv əlavə edilmiş, bir sıra ölkələrin nümayəndəlikləri və səfirliklərindən üzvlüklə əlaqədar təkliflər verilib.
Keçmiş baş katib vəzifəsini icra edən İvisa Simiçin 15 illik fəaliyyəti isə konqres zamanı xüsusi vurğulanaraq yüksək qiymətləndirilib. Ivisa Simiçin yerinə yeni baş katib Marisa Ximenes Kaço təyin edilib, baş katiblik ofisi Zaqrebdən Mexikoya köçülürüb.
Yeniliklərin teatrımıza da yaxşı mənada təsir edərək ölkəmizin dünya teatr səhnəsinə inteqrasiya etməsi baxımından uğurlu olacağına inanırıq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR