» » "Biz heç bir zaman bugünkü kimi rahat gənc qız dönəmi keçirmədik"

"Biz heç bir zaman bugünkü kimi rahat gənc qız dönəmi keçirmədik"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 11 iyun 2014
//
Bölmə: Mədəniyyət
"Biz heç bir zaman bugünkü kimi rahat gənc qız dönəmi keçirmədik"



Türkiyədə yaşayan həmyerlimiz, aktrisa Məlahət Abbasova müasir xanımların sərbəstliyindən danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Facebook səhifəsində gənclik illərində üzləşdiyi qadağalardan şikayətlənib:

“Səhərdən Azərbaycan saytlarını oxuyuram. Deyirəm, demokratiya bizim qadınlara, qızlara daha çox yarayıb. Keçmiş günlərimiz yadıma düşür: ora getmə, bura getmə, ona baxma, buna baxma, şalvar, qısa, dar geyinmə, böyüklərin yanında çox danışma, gülmə, ayağını ayağının üstünə aşırma, qız uşağısan, oğlanlarla, kişilərlə danışma, başın həmişə aşağı olsun, dərsin bitən kimi evə gəl, avtobusa minəndə arxa qapıdan minmə, siqaret çəkmə, alkol içmə, səhnədə öpüşmə, qucaqlaşma...

Yadımda qalanlar bunlardır. Biz heç bir zaman bugünkü kimi rahat gənc qız dönəmi keçirmədik”.



QafqazPRESS.az
banner125x125 banner125x125