Ayaz Salayev: "Xalqın sevimlisi olmaq kimi iddiaları yoxdur" - MÜSAHİBƏ
"Keçmiş və gözəl vaxtlar haqqında miflər çoxdur. Bunlardan biri keçmiş kinoların indikindən yaxşı olmasıdır".
Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində tanınmış kinoşünas Ayaz Salayev bildirib.
"Doğrudan da sovetlər dövründə çəkilmiş filmləri cəmiyyət sevir. "O dövrlər" deyərkən ötən əsrin 50-ci illərinin sonundan 70-ci illərin sonuna qədərki zaman kəsiyini nəzərdə tuturam. Həmin filmlər bir növ rahatlıq hissi verir, məhz anlayış baxımından rahatlıq hissi.
Diqqət yetirsəniz, regionlardakı evlər Bakıdakından daha rahatdır. Çünki orada küçədə etməli heç nə yoxdur. Həmin dövrdə çəkilmiş filmlər də belədir. Dəmir pərdə və bəzi qadağalar götürülmüşdü. Ona görə də belə rahat filmlər ortaya çıxmışdı. Müasir filmlər isə heç də pis deyil. Sadəcə onlar bir qədər fərqlidir. Xalqın sevimlisi olmaq kimi iddiaları yoxdur", - o əlavə edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR