"28 Cinema" Yapon Film Festivalı
Festival iyunun 20-dən 23-dək davam edəcək
Hər zaman müxtəlif film festivalları və tədbirləri təşkil edən “28 Cinema” kinoteatrı Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi və “JTİ” şirkətinin sponsorluğu ilə Azərbaycanda “Yaponiya Film Festivalı”na start verib.
Festivalın açılışı ilə əlaqədar olaraq kinoteatr iyun ayının 19-da kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib. Konfransda “JTİ” şirkətinin Korporativ Məsələlər və Əlaqələr üzrə meneceri Əli Verdiyev, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət şöbəsinin müdiri 3-cü katib Fukuda Yusuke, “28 Cinema” kinoteatrının icraçı direktoru Elnarə Rəhimova iştirak etmişdi.
Festival “28 Cinema” kinoteatrında iyunun 20-dən 23-dək keçiriləcək. Festivala giriş pulsuzdur. Seanslar haqqında ətraflı məlumat 28cinema.az saytında və kinoteatrın rəsmi facebook səhifəsində yerləşdirilib.
Festivala aşağıdakı filmlər daxildir:
- ハッピーフライト
- Xoşbəxt uçuş (Rejissor: ŞinobuYaquçi) - Treyler
- 阪急電車
- Hankyu qatarı (Rejissor: Yoşişiqe Miyake) - Treyler
- 武士道シックスティーン
- On altı yaşlılar üçün Buşido (Rejissor: Tomoyuki Furuyama) - Treyler
- 書道ガールズ
- Xəttat qızlar (Rejissor: Ryuiçi İnomata) - Treyler
- 君に届け
- Məndən sənə (Rejissor: Naoto Kumazava)
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR